Trombu tapmaq üçün 3 vacib analiz

Baxılıb:59
Trombu tapmaq üçün 3 vacib analiz

Qanda, damarlarda trombozu müəyyən etmək üçün bəzi analizlər var ki, onlar hər klinikada əlçatan deyil.

Adətən həkimlər tromb üçün koaquloqramma, D-dimer, damarların doplerini təyin edir.

Damar cərrahı Adonis Muhamadiyev tromb üçün əsas analizləri açıqlayıb:

“Koaquloqramma qanın laxtalanma sistemini bir neçə tərəfdən göstərir. Bura fibrin yaranma sürəti və qanın laxtalanma müddəti daxildir. Damarda tromb yaranan kimi fibrinoloiji sistem işə düşür, bu zülal trombu parçalayır ki, normal qan dövranını bərpa etsin.

Fibrinogen prosesinin qalıq məhsulu D -dimerdir. Normada o qanda 240-250 olmalıdır. Bundan yüksək artıq riski göstərir. 40 yaşdan sonra tromb yaranma riski artır, ona görə 40 yaşdan sonra bu analizləri vermək, profilaktik məqsədlə damarları yoxlatmaq, həyat tərzini dəyişmək lazımdır”.


Abunəlik