Trampın qələbəsindən sonra Rusiya Makronu belə ələ saldı

Baxılıb:44
Trampın qələbəsindən sonra Rusiya Makronu belə ələ saldı

Fransa lideri Emmanuel Makron ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra “məlumat mənbələrini dəyişməlidir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında yazıb.

Belə ki, diplomat Trampı seçilməsi münasibətilə təbrik edən Makronun son hərəkətlərinə münasibət bildirib. Bir gün əvvəl Makron öz məlumat mənbələrinə istinadən respublikaçının dövlət başçısı postunu tuta bilməyəcəyinə əminliyini ifadə etmişdi.

“Fransa prezidenti məlumat mənbələrini dəyişdirməlidir”, – Zaxarova qeyd edib.

Eyni zamanda o, Makronun ABŞ seçkiləri ilə bağlı məlumatı ona Ukrayna haqqında məlumat verən eyni mənbələrdən aldığını istisna etməyib.

Qeyd edək ki, noyabrın 6-da Fransa lideri “X” sosial şəbəkəsində Trampı ABŞ-da keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edən yazı dərc edib. Makron əlavə edib ki, o, Paris və Vaşinqtonun son dörd il ərzində etdiyi kimi Amerika hakimiyyəti ilə “birgə işləməyə” hazırdır.


Abunəlik