Trampdan Sumıya edilən hücuma qəribə reaksiya: Səhv ediblər

Baxılıb:43
Trampdan Sumıya edilən hücuma qəribə reaksiya: Səhv ediblər

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanın Sumı şəhərinə etdiyi hücumu şərh edib.

Ağ Ev rəhbəri hücumla bağlı ona Rusiyanın “səhv etdiyini” dediklərini açıqlayıb.

“Bu, dəhşətdir. Mənə dedilər ki, onlar səhv ediblər. Amma mən bunun dəhşətli olduğunu düşünürdüm”, – o, jurnalistlərə deyib.

Rusiyanın “səhv” etdiyini deyərkən nəyi nəzərdə tutduğunu aydınlaşdırmaq üçün suala Tramp belə cavab verib: “Düşünürəm ki, belə edib – baxın, siz onlardan soruşun”.

Xatırladaq ki, aprelin 13-də səhər saatlarında Ukraynanın Sumı şəhəri raket hücumuna məruz qalıb. Rusiyanın hücumu nəticəsində iki uşaq olmaqla 32 nəfər həlak olub, 10-u uşaq olmaqla 80-dən çox insan isə xəsarət alıb.


Abunəlik