Trampdan Britaniyaya QADAĞA – Ukrayna ordusunun “ƏSAS QANADI” QIRILDI

Baxılıb:47
Trampdan Britaniyaya QADAĞA – Ukrayna ordusunun “ƏSAS QANADI” QIRILDI

ABŞ Prezidenti Donald Trampın administrasiyası Britaniyaya Amerika kəşfiyyat məlumatlarını Ukrayna ilə paylaşmağı qadağan edib.

Bu barədə “Daily Mail” Britaniya hərbi kəşfiyyatı üzrə ekspert Fil İnqramın bəyanatına istinadya məlumat yayıb.

ABŞ-ın Ukraynaya məlumat ötürməkdən imtina etməsinin Kiyevin Rusiya hücumunun qarşısını almaq qabiliyyətinə təsir edəcəyi gözlənilir. Bu məlumatların ötürülməsi səlahiyyətləri dərhal Britaniyanın bir sıra departamentlərindən, o cümlədən kəşfiyyat, əks-kəşfiyyat və Müdafiə Nazirliyinin departamentlərindən ləğv edildi.

Bundan əvvəl Economist yazıb ki, ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi hələ də dayandırmayıb.

Martın 3-də Reuters agentliyi ABŞ hakimiyyətinin Ukraynaya bütün hərbi yardımı dayandırmaq qərarına gəldiyini bildirib. Bu məlumatı Ağ Ev də təsdiqləyib və qərarını münaqişənin sülh yolu ilə həllinə töhfə vermək üçün dəstək tədbirlərinə yenidən baxılmasının zəruriliyi ilə izah edib.


Abunəlik