Trampa dövlət ordeni verildi

Baxılıb:24
Trampa dövlət ordeni verildi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ABŞ Prezidenti Donald Tramp yüksək dövlət ordeni ilə təltif olunub.

Bu barədə məlumatı Türkiyənin “Yeni Şafak” qəzeti yayıb. Bildirilir ki, orden Trampa BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən təqdim olunub.

Təltifin səbəbi kimi Trampın ABŞ ilə BƏƏ arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində göstərdiyi səylər göstərilir.

Qeyd edək ki, Tramp bu mükafatı Yaxın Şərqə səfəri çərçivəsində BƏƏ-yə etdiyi rəsmi ziyarət zamanı alıb.


Abunəlik