Tramp əmr verdi: “Ən ölümcül qırıcı təyyarə” hazırlanacaq
ABŞ “Next-Generation Air Dominance” (NGAD) proqramı çərçivəsində “dünyanın ilk altıncı nəsil qırıcısı”nın hazırlanması üçün “Boeing” aerokosmik korporasiyası ilə müqavilə imzalayıb.
Bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb.
O, Pentaqonun rəhbəri Pete Hegset ilə birlikdə çıxışında bildirib ki, döyüş təyyarəsi “F-47” adlanacaq.
Trampın sözlərinə görə, yeni qırıcının eksperimental modelinin sınaq uçuşları artıq 5 ildir ki, həyata keçirilir.
“Ən qabaqcıl texnologiyalar ilə təchiz ediləcək “F-47″ indiyə qədər istehsal edilmiş ən təkmil, ən bacarıqlı və ən ölümcül təyyarə olacaq” – Tramp vurğulayıb.