Tovuzda bıçaqlanma hadisəsi baş verib
AzTimes.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Qırıxlı kəndində qeydə alınıb.
Kənd sakini, 1977-ci il təvəllüdlü Azər Rzayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib.
Müayinə zamanı 43 yaşlı kişinin 2 bıçaq yarası aldığı müəyyən edilib. Xəstə əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Onun kim tərəfindən bıçaqlandığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır
8 thoughts on “Tovuzda bıçaqlanma hadisəsi baş verib”