Tovuz rayonunda məktəb direktorlarının çəkişməsinə səbəb olan məsələyə Təhsil şöbəsindən cavab-VİDEO
Tovuz Rayonunun Alakol kəndində Nurəddin Sadıqov adına Alakol tam orta məktəb və Alakol 1 saylı tam orta məktəb fəaliyyət göstərib. Tədris ilinin əvvəlində kənddə 600 nəfərlik yeni bina inşa edilib. Valideynlərin əksəriyyətinin razılığı ilə hər iki məktəb eyni binaya köçürülüb. Bəzi valideynlər bu binada iki məktəbin yerləşməsindən narazılıq edərək məktəblilər arasında ayrıseçkilik salındığını, Elmira Cəfərova və Şöhrət Binnətova arasında tez-tez mübahisə olduğun bildirərək məktəblərin birləşdirilməsini istədiklərini dilə gətiriblər. Məsələ ilə bağlı Fatimə adlı valideyn bizimlə əlaqə saxlayaraq məktəbə bir direktorun rəhbərlik etməsini istədiyini, 11-ci sinifdə təhsil alan övladının məktəbdəki bədən tərbiyə və hərbi hazırlıq kabinetlərindən yararlana bilmədiyini dedi.
Biz AzTimes.az saytı olaraq məsələ ilə əlaqədar hər iki məktəb direktoru ilə əlaqə saxladıq. Şöhrət Binnətova yolunun uzaq olduğunu səbəb göstərərək bizə telefon vasitəsi ilə fikir bildirdi. O bir müddət öncə aralarında olan narazılıqla əlaqədar “Dünya Tv”-nin məktəbdə olaraq çəkiliş apardığını, məktəblərin birləşdirilərək bir direktor təyin edilməsinin lazım olduğunu dedi. Şöhrət Babayeva onun direktoru olduğu məktəb valideynlərinin əksərinin məktəblərin bir binada yerləşdirilməsindən narazı olduqlarını dilə gətirdi. O, digər məktəbin direktorunun yüksək vəzifəli məmurun qohumu olduğu üçün vəzifəsində saxlanıldığını bildirdi.
Elmira Cəfərova isə bunun tam əksinə olaraq heç bir problem yaşanmadığını bildirdi. O, qeyd etdi ki, məktəblər bir binada yerləşməsinə baxmayaraq hər iki məktəb üçün əlverişli şərait yaradılıb. Hər iki məktəb üçün ayrı giriş və çıxışlar təşkil olunub. Buna əlavə olaraq qeyd etdi ki, burada direktor kimi fəaliyyəti tam qanunidir. O, direktorların işə qəbul imtahanını müvəffəqiyyətlə verdikdən sonra bu məktəbə direktor təyin edilib. İşdən azad olunması məsləhət bilinərsə qanun qarşısında boynu qıldan incədir.
Məsələ ilə bağlı Tovuz rayon Təhsil Şöbəsində olduq. Təhsil şöbəsinin məsul işçisi Fikrət Tahirov məsələyə aydınlıq gətirdi: