Topçu Vüsalı təhqir edən məktəb direktoru da nəsibini aldı-TƏFƏRRÜAT
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın sosial şəbəkələrdə əsgər Vüsal Şahkərimovun görüntülərinə dair yazdığı və sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olmuş şərhlə bağlı aparılmış araşdırma zamanı məktəb direktoru məsələ ilə bağlı izahatında yazdığı şərhin diqqətsizlik və texniki səhv nəticəsində qeyd olunan şəklin altına yazıldığını bildirib:
“O, bununla bağlı həm sosial şəbəkələrdə üzrxahlıq etdiyini, eləcə də əsgər V.Şahkərimovun valideynindən şəxsən üzrxahlıq etdiyini qeyd edib.
M.İsmayılovaya sosial şəbəkə istifadəçiləri ilə münasibətdə müəllim adına yaraşmayan davranışlara yol verərək “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna görə Təhsil nazirinin əmri ilə töhmət verilib”.