Tonoyan Qarabağa gəldi
Ermənistan Müdafiə naziri David Tonoyan Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə gəlib.
Axar.az xəbər verir ki, Tonoyan burada qondarma rejimin lideri Araik Arutyunyanla görüşüb.
Görüşdə qondarma rejimin “müdafiə naziri” Cəlal Arutyunyan, Ermənistan Hərbi polisinin rəisi Aşot Zakaryan iştirak edib.
Qeyd edək ki, Paşinyan da Qarabağa gələcəyini elan edib.