“TikTok” Rusiya KİV-in hesablarını silib
ABŞ-nin Rusiya KİV-inə qarşı sanksiyalar tətbiq etməsi ilə əlaqədar “Sputnik” və “RT International” telekanalının profilləri “TikTok” sosial şəbəkəsindən silinib.
Bu barədə Vesti.ru məlumat yayıb.
Bildirilir ki, “Sputnik Belarus”, “Sputnik Serbiya”, “Sputnik Afrika” və “Sputnik Ermənistan”ın səhifələrinə daxil olmağa çalışdığınız zaman “Bu hesabı tapmaq mümkün deyil” bildirişi görünür.