Tibb tarixində dönüş nöqtəsi: Süni ürək həll yolu ola bilər?
Tibb tarixində dönüş nöqtəsi sayıla biləcək süni ürək kəşfi Avstraliyada 5 xəstə üzərində sınaqdan keçirilib.
Dünyada hər il 23 milyondan çox insan ürək çatışmazlığından əziyyət çəkir, lakin yalnız 6000 insan uyğun donor tapır.
Avstraliya hökuməti süni ürək texnologiyasının inkişafı və kommersiyalaşdırılması üçün 50 milyon dollar dəyərində dəstək proqramına start verib.
Professor Daniel Timms tərəfindən hazırlanmış “BiVACOR” adlı süni ürək dünyanın ilk implantasiya edilə bilən donor qan pompası özəlliyinə sahibdir. Maqnit levitasiya texnologiyası ilə işləyən cihaz sağlam insan ürəyinin təbii qan axınını təqlid edir.

İndiyədək 5 xəstə üzərində sınaqdan keçirilən süni ürək xəstələri maksimum 27 gün yaşada bilib. Bununla yanaşı, altı saatlıq əməliyyatda süni ürək nəqli edilən avstraliyalı xəstə 100 gün ərzində tam süni ürəklə sağ qala bilib.
Xəstə fevral ayında xəstəxanadan buraxılıb və uyğun donor tapıldıqdan sonra mart ayında uğurlu transplantasiya əməliyyatı keçirilib.
Bu kəşfin gələcəkdə orqan donorluğundan asılılığı azaltmaqla milyonlarla insanın həyatını xilas edə biləcəyi gözlənilir.