Terrorçunun atası oğlunun PLANLARINI AÇIQLADI: “Martın 20-də zəng edərək…”

Baxılıb:485
Terrorçunun atası oğlunun PLANLARINI AÇIQLADI: “Martın 20-də zəng edərək…”

“Crocus City Hallda” terror aktı törətməkdə ittiham olunan Dalerjon Mirzoyevin atası oğlunun martın 24-25-də Rusiyadan Tacikistana qayıtmağı planlaşdırdığını bildirib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Onun sözlərinə görə, Dalerjon martın 20-də valideynlərinə zəng edərək Tacikistana nə vaxt qayıtmağı planlaşdırdığını deyib.

Barot oğlunun mütəmadi olaraq Rusiyadan zəng etdiyini və anası, arvadı və bacısı ilə uzun-uzadı söhbət etdiyini deyib.

Atası vurğulayıb ki, Dalerjon ailəsinə pul da göndərirdi.

Xatırladaq ki, martın 22-də axşam saatlarında “Piknik” qrupu Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında çıxış etməli idi, lakin tədbir başlamazdan bir müddət əvvəl silahlı şəxslər binaya soxularaq tamaşaçılara atəş açıblar. Daha sonra konsert zalında partlayış baş verib və yanğın başlayıb.


Abunəlik