Telli Borçalı çətin durumda-Vətənə qayıda bilmir

Baxılıb:1802
Telli Borçalı çətin durumda-Vətənə qayıda bilmir

Aşıq Telli Borçalı kimi tanınan Telzada Kurbanova Azərbaycana qayıda bilmir.
AzTimes.az ölkə.az-a istinadən bildirir ki, pandemiyadan öncə Gürcüstana gedən Kurbanova yeddi aydır Marneuli rayonundadır. Bir neçə gün öncə rayonun mərkəzi bazarına gələn aşığın hazırkı baxımsız görünüşü ətrafdakıların təəccübünə səbəb olub.
Bildirilir ki, 7 aydır məclislərə getməyən aşıq maddi sıxıntılar içərisindədir. Qeyd edək ki, T.Kurbanova əslən Marneuli rayonunun Qasımlı kəndindəndir.


Abunəlik