“Telegram”la bağlı yeni təfərrüat ortaya çıxdı: Mesencerə göndərilən çağırışlar və orderlər…
Səlahiyyətlilər tərəfindən “Telegram”a göndərilən çağırışlar və orderlər mesencerin istifadə edilməyən elektron poçt ünvanında baxılmamış qalırmış.
Bu barədə “The Wall Street Journal” (WSJ) platformanın yaradıcısı Pavel Durova yaxın mənbəyə istinadən məlumat verib.
Mənbə təsdiqləyib ki, “Telegram” bir neçə il ərzində hakimiyyət orqanlarının sorğularına praktiki olaraq məhəl qoymayıb.
Xatırladaq ki, Fransa hakimiyyəti platformanın təsisçisi Pavel Durovu “Telegram”ın fəaliyyətinə dair məsələlərlə bağlı istintaqla əməkdaşlıq etməməkdə ittiham edib. Paris prokuroru Lor Bekkuonun qeyd etdiyi kimi, mesencer, ümumiyyətlə, məhkəmə sorğularına reaksiya verməyib.
Pavel Durova qarşı uşaq pornoqrafiyasının yayılması və narkotik maddələrin satışında iştirak, həmçinin mütəşəkkil dəstənin tərkibində dələduzluq maddələri üzrə ittiham irəli sürülüb.
Ona Fransanı tərk etmək qadağa edilib, 5 milyon avro məbləğində girov ödəməsi və həftədə iki dəfə polis idarəsinə gəlməsi tələb olunub.