“Telegram”da kanalı olanlara ŞAD XƏBƏR: 50% qazanc əldə edəcəksiniz
Martın 31-də “Telegram” messencerində 1000 nəfərdən çox auditoriyaya malik ictimai kanalların sahibləri üçün monetizasiya tətbiq edilib.
Bu barədə resursun mətbuat xidməti məlumat yayıb.
“”Telegram” kanallarının müəllifləri artıq onlarda göstərilən reklamlardan əldə olunan gəlirin 50% – ni əldə edə bilərlər”, – press-relizdə deyilir.
Şirkətdən verilən məlumata görə, yenilik qazancı komissiyasız nəğdləşdirməyə imkan verəcək. Pul həm də messencerdəki reklamlara, kolleksiya ünvanlarına və ya premium abunələr üçün ödənişlərə xərclənə bilər. Qarşıdan gələn həftələrdə “Fragment” platformasında kanal sahibləri üçün vəsaitin çıxarılması mümkün olacaq.
“Telegram kanalları ayda 1 trilyondan çox baxış alır”, – nəşr yekunlaşdırıb.
Bir müddət əvvəl “Telegram”ın və “VKontakte” sosial şəbəkəsinin yaradıcısı Pavel Durov messencerdə qarşıdan gələn monetizasiyanın işə salınacağını elan etmişdi. Onun sözlərinə görə, sistem 2024-cü ilin martında fəaliyyətə başlayacaqdı.