“Telegram” fırıldaqçılara qarşı mübarizəni gücləndirir

Baxılıb:128
“Telegram” fırıldaqçılara qarşı mübarizəni gücləndirir

“Telegram” fırıldaqçılıqla mübarizə çərçivəsində ictimai hesabların qeydiyyata alındığı ölkə və ay haqqında məlumatları göstərəcək.

Bu barədə mesencerin həmtəsisçisi Pavel Durov “Telegram” kanalında məlumat verib.

“Tezliklə “Telegram” qeydiyyat ayını və ictimai hesabların əsas ölkəsini göstərməyə başlayacaq”, – Durov yazıb.

O aydınlaşdırıb ki, mesencer fırıldaqçılara qarşı mübarizəni gücləndirir. Durovun sözlərinə görə, bu tədbirlər “Instagram”da həyata keçirilən tədbirlərə bənzəyir.

Bundan əlavə, “Telegram” təşkilatlara kanalları yoxlamaq üçün mini proqramlardan istifadə etməyə imkan verəcək. Bu məqsədlə “Telegram” daxilində ayrıca mərkəzləşdirilməmiş bazar yaradılacaq.

“Web3” səhifələrini dəstəkləyən proqramdaxili brauzer və mini proqramlar mağazası da işə salınacaq.


Abunəlik