“Telegram” Avropada BLOKLANA BİLƏR
“Avropa Komissiyası “Telegram” messencerinin Aİ-də istifadəçilərinin sayı ilə bağlı məlumatları yoxlayır”.
Bunu vropa komissarı Vera Jourova “Bloomberg”ə bildirib.
O, “Telegram-“ı rusiyayönlü məlumatların yerləşdirilməsinə görə “problem” adlandırıb.
“Əgər Avropada 42 milyon messencer istifadəçisinin olduğu ortaya çıxarsa, o zaman vəziyyət dezinformasiya və qadağan olunmuş materialların yayılmasının qadağan edilməsi kontekstində öyrənilməli olacaq”, -Yurova bildirib.
Onun sözlərinə görə, messencer xüsusilə rus dilində danışanların çox olduğu Şərqi Aİ ölkələrində populyardır.