Telefona görə altıncı mərtəbədən yıxıldı
Rusiyanın Moskva şəhərində gənc yaşayış binasının altıncı mərtəbəsindən yıxılıb.
Aztimes.az xəbər verir ki, 21 yaşlı qız dostlarıgilə qonaq gedib
Spirtli içki qəbul edən qızın əlindəki telefon altıncı mərtəbənin eyvanından düşüb.
Kondisionerin mühərrikinin üstünə düşən smartfonunu götürmək istəyən gənc müvazinətini itirərək yıxılıb.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib./Mk.ru.