Telefon itdikdə içindəki məlumatları qorumağın yolları – FOTO

Baxılıb:216
Telefon itdikdə içindəki məlumatları qorumağın yolları – FOTO

“Smartfon itirilərsə, SIM kartdakı parolun köməyi ilə şəxsi məlumatları qorumaq mümkündür”.

Bu barədə Rusiyada frod-insident hadisələrinin araşdırılması üzrə ekspert Boris Lopatin bildirib.

Onun sözlərinə görə, əgər SIM kart parolla qorunmursa, kənar şəxs telefon nömrəsiylə əlaqəli istənilən xidmətlərdən istifadə edə biləcək.

“Bunun qarşısını almaq üçün telefon parametrlərinə keçin və “SIM-PIN” seçin. SIM kartdakı parol ekran kilidi koduna uyğun gəlməməlidir”, – deyə Lopatin izah edib.

Mütəxəssis qeyd edib ki, hətta SIM kartda parol təyin edilməzdən əvvəl telefon itibsə də bloklamaq mümkündür. Bunun üçün ən yaxın xidmətə pasportla getmək lazımdır.

Lopatin smartfon dəstəkləyəcəyi təqdirdə rəqəmsal SIM kartdan istifadə etməyi məsləhət görüb.

“Çünki onu başqa cihaza quraşdırmaq üçün xüsusi QR kodu tələb olunur ki, bu da qadcetdən şəxsi məlumatları oğurlamağı xeyli çətinləşdirir”, – deyə mütəxəssis bildirib.


Abunəlik