Tehrandan Bakıya qarşı böyük təxribat: Molla rejimi azərbaycanlı “casusları” saxladı

Baxılıb:166
Tehrandan Bakıya qarşı böyük təxribat: Molla rejimi azərbaycanlı “casusları” saxladı

İran kəşfiyyatçıları İslam Respublikası ərazisində təxribat planlaşdıran bir qrup şəxsi saxlayıblar.

Bu barədə “Tasnim” İran təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

“Casuslar və terrorçular İslam Respublikasının milli təhlükəsizliyinə zərbə vurmaq məqsədi daşıyan əməliyyatlar və təxribat həyata keçirmək üçün İrana daxil olublar”, – deyə məlumatda bildirilir.

Nəşr yazır ki, qruplaşmaya rəhbərlik edən mərkəz guya Azərbaycan ərazisində yerləşir.

Azərbaycanda Prezident seçkilərinin keçirildiyi bir gündə İranın Azərbaycanı təhdid etməsi onu göstərir ki, molla rejimi Bakıya qarşı təxribat hazırlayır.

Görünür, Azərbaycanın bölgədə güclənən mövqeyi, ümumiyyətlə Azərbaycanda və regionda baş verənlər Tehran rejimini qəzəbləndirir.

Deməli, Tehranın təxribatlarına hazır olmaq lazımdır.


Abunəlik