Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Baxılıb:156
Taxtakörpü-Ceyranbatan su kanalında batan kişinin meyiti tapılıb

Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış 1997-ci il təvəllüdlü Zeynalabdin Hüseyn oğlu Həsənovun meyiti aidiyyəti üzrə təhvil verilib. 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a məlumat verilib.

Qeyd olunub ki, gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş cəsəd FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb. 

Bundan əlavə, Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2011-ci il təvəllüdlü İbrahim Samir oğlu Əliyevin axtarışları FHN-in qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.


Abunəlik