Tarixi etiraf: rus hərbçilər öz vətəndaşlarının evlərini qarət ediblər

Baxılıb:23
Tarixi etiraf: rus hərbçilər öz vətəndaşlarının evlərini qarət ediblər

Rusiya hərbçiləri Qluşkovski rayonunun kəndlərində, bölgədə davam edən hərbi əməliyyatlar nəticəsində yerli sakinlər tərəfindən tərk edilmiş evləri qarət ediblər.

Bunu Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt etiraf edib.

“Dünən hüquq-mühafizə orqanları ilə keçirilən müşavirədə bu barədə danışılıb. Həm mülki şəxslər, həm də hərbi qulluqçular arasında talan faktları var”, – Starovoyt Qluşkovski rayonunun sakinləri ilə görüşündə bildirib.

Starovoytun bu sözlərindən sonra zal alqışlamağa başlayıb.

Qurum rəsmisi qeyd edib ki, artıq əhalinin məskunlaşdığı ərazilərdə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına tapşırıqlar verilib. “Qənimətin Rusiyanın dərinliklərinə çatdırılma xidmətləri vasitəsilə göndərilməsi ilə bağlı faktlar var”, – Starovoyt əlavə edib.

Kursk vilayətinin hazırkı qubernatoru Aleksey Smirnov Teleqram kanalında Qluşkovski rayonunun sakinləri ilə görüşü barədə reportaj paylaşıb. Lakin talançılıq problemini qeyd etməyib. O bildirib ki, səlahiyyətlilər evsiz qalan insanlara mənzil sertifikatlarının verilməsini davam etdirir, həmçinin şəxsi nəqliyyatını və mal-qarasını itirənlərə kompensasiya vəd edib.


Abunəlik