Tarixdə bu gün:

Baxılıb:285
Tarixdə bu gün:

19 mart 1918- ci il…
Erməni yaraqlıları Bakı şəhərində onlarla dinc günahsız azərbaycanlıları qətlə yetirirlər.Nikolayevski (indiki İstiqlaliyyət) küçəsində onlarla dinc , günahsız müsəlman sakinlər Stepan Şaumyanın tapşırıqlarını yerinə yetirən Stepan Lalayevin başçılıq etdiyi erməni silahlı əsgərləri tərəfindən gülləbaran edilərək qətlə yetirilir.

19 mart 1918-ci il…
Erməni-assuri quldurları Urmiyada müsəlman əhaliyə qarşı dəhşətli qırğın həyata keçirirlər. Müsəlmanların yaşadıqları məhəllələr qəbiristanlığa çevrilir. Urmiya və Çehriq arasındakı müsəlmanlar yaşayan kəndlər məhv edilir.

19 mart 1918-ci il…
Şamaxıda ermənilər tərəfindən həyata keçirilən soyqırım geniş vüsət alır.

19 mart 1919-cu il…
Saat 12 radələrində erməni Əmirov, Lalani Şamaxıda camaatı məscidə yığıb vəhşicəsinə yandırırlar.
19 mart 1920-ci il…
Erməni silahlıları Qarabağda Novruz Bayramı qabağı 2 nəfər günahsız azərbaycanlı əsgəri vəhşicəsinə qətlə yetirirlər.

19 mart 1921-ci il…
Erməni yaraqlıları Naxçıvan şəhərində 12 nəfər azərbaycanlını vəhşicəsinə qətlə yetirirlər.

19 mart 1925-ci il…
Sovet dövlət xadimi, siyasətçi, yazıçı, publisist, həkim, Azərbaycanın böyük oğlu, Sovet Azərbaycanının ilk rəhbəri Nəriman Nəcəf oğlu Nərimanov Moskvada daşnaq peşəkarlığı nəticəsində müəmmalı şəkildə (onun erməni yeznəsi Orconikidzenin milliyətcə erməni olan sürücüsü tərəfindən nahar süfrəsində çayına zəhər qatılaraq aradan götürüldüyü bildirilir) öldürülür.

19 mart 1990-cı il…
DQMV Aqrar-Sənaye Komitəsinin sədri R.Ayriyanın təşəbbüsü ilə, “dərin şum işləri aparmaq üçün” Prikarpatyedən T-54 tipli 40 ədəd “çıxdaş” edilmiş tank gətirilir. Sonralar bu tanklar azərbaycanlıların vilayətdən və digər yaşayış məntəqələrindən qovulmasında istifadə edilir.

19 mart 1992-ci il…
Xocalıda qətlə yetirilmiş azərbaycanlılar üçün kiçik qəbirstanlıq salınır və burada 54 nəfər günahsız Xocalı sakini dəfn edilir.

19 mart 1992-ci il…
Ağdam rayonunun Qalayçılar,Əliağalı, Papravənd, Çinli cə Soltanlı kəndləri ermənilər tərəfindən müxtəlif növ silahlardan atəşə tutulur. Bu kəndlərin ərazilərində erməni silahlıları ilə ara-sıra atışmalar baş verir.

19 mart 1993-cü il…
Düşmən Ağdam rayonunun Papravən kəndi istiqamətində hücuma keçir. Papravənd, Canyataq və Gülyataq kəndləri yaxınlığında güclü döyüşlər gedir. İtkilər olur.

19 mart 1994-cü il…
Azərbaycan Ordusunun əsgərləri Ömər Aşırımı istiqamətində hücuma keçir. İtkilər olur.

19 mart 1994-cü il…
Bakı metropoliteninin “20 yanvar” stansiyasında Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən hazırlanmış, separatçı “Sadval” təşkilatının üzvü – Oqtay Sədrə oğlu Quliyev (özü də həlak olur) və onunla birlikdə daha 5 nəfər (onlar həbs olunurlar) tərəfindən həyata keçirilən terror aktı nəticəsində 14 nəfər:
Elxan Eldar oğlu Əliyev,
Albina Vilayət qızı Əhmədova,
Nailə Rafael qızı Əhmədova,
Rafiq Fərzi oğlu Babayev (tanınmış pianoçu, fitri istedada malik musiqiçi, 1983-cü ildən Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyəti estrada-simfonik orkestrinin rəhbəri, Azərbaycanın xalq artisti)
Fazil Eyvaz oğlu Bayramov,
Xanpəri Cəfər qızı Həbibova,
Vladislav Sergeyeviç Karpov,
Mədinə Qarakişi qızı Məmmədova,
Ağamoğlan Qulu oğlu Rəhimov,
Afət Allahverdi qızı Səmədova,
Süleyman Məmməd oğlu Həyami,
Nailə Ələsgərova,
Solmaz Vəli qızı Məmmədova və adını, soyadını əldə edə bilmədiyimiz daha bir nəfər həlak olurlar. 49 nəfər isə yaralanır.
Teref.az.


Abunəlik