Tarixdə bu gün

Baxılıb:224
Tarixdə bu gün

12 yanvar 1945-ci ildə Stalin, Ruzvelt və Çörçilin iştirak etdiyi “Yalta konfransı ” başa çatıb.

12 yanvar 2004-cü ildə Azərbaycan prezidenti  İlham Əliyev Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam verib.

2000-ci ilin məhz bu günündə Türkiyədəki koalisiyalı hökumət terrorçu  Abdullah Öcalanın barəsində çıxarılan ölüm hökmünün icrasını təxirə salıb.

12 yanvar 2006-cı il tarixi müsəlman aləmində kədərli günlərdən biri kimi anılır.  Belə ki,  həcc ziyarəyi zamanı şeytan daşlama mərasimində basabas olduğu üçün 362 zəvvar həlak olub.

Bu gün həm də SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiq edilməsi haqqında” fərman verib. 12 yanvar 1989-cu il tarixindəki fərmana əsasən, Dağlıq Qarabağın Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla bölgədə birbaşa Moskvaya tabe olan “Xüsusi İdarə Komitəsi” yaradıldı. Moskvanın qərarı guya münaqişənin səngiməsinə yönəlmişdi.

 Bu gün həm də Amerikalı yazıçı Cek Londonun da doğum günüdür O,  12 yanvar 1876-cı ildə  San-Fransisko şəhərində anadan olub. O dünya ədəbiyyatına “Qarlar qızı”, “İnsana inam”, “Martin İden”,”Atalarının tanrısı”,”Ayüzlü”  və .s. kimi məhşur əsərləri bəxş edib.

 

12 yanvar 1908-ci ildə Şərqdə ilk opera hesab edilən ” Leyli və Məcnun”un (Üzeyir Hacıbəyov) ilk tamaşası keçirilib.

 Pərvin Abışova /AzTimes.az/


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir