Tarixdə bu gün- 6 noyabr

Baxılıb:168
Tarixdə bu gün- 6 noyabr

Sufiyan Döyüşü. XVII əsrin əvvəllərindən başlayaraq Səfəvi-Osmanlı müharibələri yenidən qızışdı. Hərbi əməliyyatlar fasilələrlə 1602-ci ildən 1639-cu ilə qədər davam etmişdir.

1603-cü ilin payızında I Şah Abbas Səfəvinin qoşunlarıNaxçıvan və İrəvanı ələ keçirir. O, bu yerlərin əhalisini  İsfahana köçürür. Bununla onun məqsədi türkələri ərzaq təminatından məhrum etmək idi.

1603-cü ilin yayında Şah Abbas 15 minlik qoşunla Təbrizə tərəf hərəkətə başlayır.

6 noyabr 1605-ci ildəTəbrizdən  bir qədər aralı Sufiyan adlanan yerdə baş verən döyüşdə Şah Abbas Osmanlılar üzərində ilk qələbəsini əldə edərək Təbrizi onlardan təmizləyir. 1606-cı ilin qışında Səfəvi qoşunları Qarabağ, Gəncə  və Tiflisi işğal etmək üçün yürüşə başlayır. Şahın qoşunları Gəncəni iki aya qədər mühasirədə saxlayırlar. Şəhərdə yarləşən Türk qarnizonu müqavimət göstərsə də qala divarları lağım və top atəşləri nəticəsində dağılır və qoşun şəhərə daxil olaraq oranı talan edirlər. Hətta Şah Abbasın əmri ilə şəhər əhalisi 1606-cı ildə Gəncə çayının sol sahilinə köçürülür. Az sonra Tiflis  işğal olunur. Bakı və Dərbənddə isə əhali türk qarnizonuna qarşı üsyan qaldıraraq onları qovdular. İran qoşunıları Şamaxını da ələ keçirərək 2000-dən arrıq türk qoşununu məhv etdilər.

1860- ci ilin məhz bu günü Avraam Linkoln ABŞ-ın prezidenti seçilmişdir.

1926 — cı ilin 6 noyabrında efirdə ilk dəfə “Danışır Bakı” səslənmiş, Azərbaycanda radio yayımları başlanmışdır.

1996— cı il 6 noyabr tarixində  Azərbaycan Respubliası Bəhreyn ilə diplomatik əlaqələr qurmuşdur.

 AzTimes.az

 


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir