Tapılan qız sığınacağa yerləşdirildi-Axtarışı davam edən azyaşlı sığınacaqda qeydiyyatda imiş..

Baxılıb:131
Tapılan qız sığınacağa yerləşdirildi-Axtarışı davam edən azyaşlı sığınacaqda qeydiyyatda imiş..

AzTimes.az xəbər verir ki, 17 mart 2025-ci ildə yaşadığı ünvanı tərk etmiş 3 yetkinlik yaşına çatmayan qızlardan ikisi artıq polis tərəfindən aşkarlanıb .Onlardan biri Kəmalə Ağazadənin rəhbərlik etdiyi  “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə  yerləşdirilib. Bu barədə AzTimes.az- a qurumun rəhbəri Kəmalə Ağazadə bildirib:

Qeyd edəki ki hal hazırda axtarışı gedən azyaşlılardan biri 2023 cü ilin dekabr ayında Binəqədi Rayon Polis İdarəsi tərəfindən “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yönləndirilmişdir.İctimai Birlik tərəfindən uşağın məlumatları Sosial Xidmətlər Agentliyinin alt sisteminə daxil edilmişdir.Ana bir gün sonra rəsmi ərizə ilə müraciət edərək övladının sığınacaqda qalmasını istəmədiyini bildirmiş ananın və uşağın razılığı əsasında qız anasına verilmişdir.Uşağın məlumatlarının sistemə əlavə edilməsini nəzərə alaraq qeyd edə bilərəmki uşağın və ailənin qiymətləndirilməsi Sosial Xidmətlər Agentliyinin səlahiyyətindədir


Abunəlik