Tap.az-da başqasının qaz sayğacını satmaq istəyənlər saxlanıldı – FOTO

Baxılıb:129
Tap.az-da başqasının qaz sayğacını satmaq istəyənlər saxlanıldı – FOTO

Tap.az-da hər şeyə rast gəlmişdik, bircə qaz sayğacından savayı. Əfsuslar olsun ki, bunu da gördük. Belə ki, yanvarın 18-də sözügedən saytda Azəriqaz İstehsalat Birliyinə məxsus qaz sayğacı satışa çıxarılıb.

Aztimes.az xəbər verir ki, bu barədə report-a Azəriqaz İstehsalat Birliyinindən məlumat verilib.

Bildirilir ki, məsələdən xəbərdar olan Birlik rəhbərliyinin müraciətinə adekvat olaraq, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları dərhal hərəkətə keçib.

Araşdırma nəticəsində məlum olub ki, sayğacı satışa çıxaran şəxs Nərmin adlı bir xanımdır. Əməliyyat nəticəsində saxlanılan xanım “alverçi” sorğu-sual edilir.

“İnanırıq ki, məsələ öz hüquqi həllini tapacaq. Azəriqaz İB olaraq vətəndaşlardan xahiş edirik ki, bu kimi hallardan çəkinsinlər. Çünki gec-tez üstü açılan bu tip əməllərin mütləq şəkildə cəzası olur”, – deyə qurumun məlumatında deyilir.


Abunəlik