“Tanrı bizi tapdı ,yoxsa biz Tanrını?” -Ramin Musayev

Baxılıb:263
“Tanrı bizi tapdı ,yoxsa biz Tanrını?” -Ramin Musayev
  Bütün dinlər ŞƏRQLİDİR. Ağıl həmişə soyuqqanlı olmagı tələb edir. Bəzən insan öz mahiyyətini ,bütövlüyünü ancaq məntiqlə, ağılla dərk etmək istəyir. Amma bəzən burda xoşbəxtliyi duyan hisslər alçalır. Çünki xoşbəxtlik hissi ancaq emosiyalarla bağlıdır. Yəni hisslər ,duyğular olmadan heç bir həzz ,ləzzət yoxdur. Sanki hisslər məntiqə baş vurub yenidən hisslərə qayıdanda Yüksək estetika formalaşdırır. Bu mənada quru materialist yanaşma sanki robot təəssüratı yaradır. Belə həyat da cansıxıcı görünür. Elə Şərqin dinlə doğulmsı ona görə zərurət idi. Belə də lazım idi. Amma biz bu emosiyalara çox ilişib qaldıq. Sanki yerimizdə addımladıq. Ona görə dostlar, gəlin etiraf edək ki ,insan üçün nəsə əlçatmaz olmalıdır ki ,onu müqəddəs hesab edə bilsin. Arzusuna çatmayan  insan mütləq ÜMİD adlı bir fəlsəfə fikirləşməli idi. Yoxsa məhv olardı .Daha doğrusu bu “mükəmməliyi “qoruyub saxlayanlar məhz sağ qala bilirlər.  Ya sən ağlın gücünə irəli gedib ondan sonra yüksək estetika yaradacaqsan, ya da beynin işləmirsə mütləq bir yalan danışıb bir müqəddəs uyduracaqsan ki ,boşluğunu doldura bilsin. Xoşbəxt olmaq üçün xəyal qurun, bir fəlsəfə uydurun gələcək üçün. Zatən o ideala çatmağa can atan bir insan üçün nəticə deyil ,prosesin özü daha maraqlıdır. Arzu -nəticəyə gedən yolda məqsədli yaşamağın bir ölçüsüdür. Özünüzə ölçü qurun ,dəyər seçin. Çünki özü üçün dəyər görməyən ,hiss etməyən və ümidsiz halda tale gözləyən insanlar mənəvi cəhətdən məhvə məhkumdur…
   Hərdən piyada gəzmək üçün bəhanə axtarıram .Hamı baxdığı kimi baxa bilmirəm bu həyata .Bəlkə də hamı elə mənim kimi baxır? Bilmirəm… Hamı elə mənim kimi düşünür bəlkə?   
    Baxıram insanlar harasa tələsir ,özünü unudan insanlar görürəm. Sanki missiyası elə məişət qayğılarından ,uşaq böyütməkdən ,işləməkdən ibarətdir. İnsan kimi özünü yaddan çıxaran insanlar görürəm.  Elçibəyin vaxtında aldığı yarıkirli kostyumu ilə universitetdə uşaq oxudur. Çox kədərlidir.. .Deyəsən bizim bu qədər emosiyanallığımız da elə iqtisadi quruluşdan gəlir. İnsanlar nəsil bə nəsil özlərini unuda unuda gəzir bu küçələrdə. Dəhşətdi vallah!!! Sanki müvəqqəti yaşayırmış kimi, bəzən göydən möcüzə gözləyirmiş kimi yaşayan insanları hələ demirəm. Zəif adamlar güclülərdən ancaq mərhəmət gözləyir ,zəif adamlar həmişə dik dayana bilmir harasa söykənməyə çalışır. Arada hamı kimi mən də fikirləşirəm ki ,milyard pulum olsa insanları ancaq sevindirə bilərəm ,heç Allah bunu bacarmadı,Allahın atıb getdiyi insanlar özləri heç Allahı atıb getmədilər. Küçədə öz özünə danışa danışa gedən insanlar görürəm ,nə.danışır özü də bilmir .Əslində öz dünyasındadır ,bir anlıq gözünü yumub görmək istədikləri dünyanı görürlər ,gözlərini açıb arzulamadıgı həyatı. Arzuya çatmaq özü bir arzudur .Bəlkə elə həyatın təməl prinsipləri yaxınlaşmaqdan ibarətdir? Bəlkə insanın ölmək istəməməsinin səbəbi elə yarımçıq qalmış arzularıdır?  Bəlkə biz kiminsə arzularını yaşamaq məcburiyyətindəyik? Nə qədər sual olar? Suallar içində özünü tapmaq ,toparlamaq çətin işdir vallah. Əslində bu sualların verilməsi həyatda məna axtarmaga oxşayır. Həyatı yaşamaq kifayət edir. Elə ki başladın məna axtarmağa, o dəqiqədən etibarən həyat mənasız olacaq. Zatən məna özü insanın beyninin məhsuludur. Bəzən ona görə düşünürəm ki, insanın sorğuladığı ,məna,  həqiqət həmişə münasibəti öyrənir, mənanın ,həqiqətin özü özlüyündə qalır. Həqiqət ,həqiqət deyirik. Amma axırda nə bilim ,bəlkə də ,ola bilsin də deyirik. Paradoks. Amma elmin arxada qoyduğu miflər və dinlər bu qədər inkişafdan sonra məncə muzeylərə təhvil verilməlidir. Əfsus ki ,hələ  bəşəriliyin, tolerantlığın olmadığı dünyamızda siyasət elə iqtisadiyyatın açarı kimi ,praqmatik düşüncə kimi qalmaqdadır . Buna görə də din siyasət üçün keçərli olsa da ,həqiqət üçün keçərli deyil. Hər bir müasir və elmi dünyagörüşü olan bir ziyalı bəşəriyyət boyu insanlara ” hakim ” kəsilən Tanrıların sadəcə boşluqların Tanrısı oldugunu dərk etməlidir. Yenə də ,hələ də ,hardasa da Tanrı ilə yaşamaq rahatdır. Bu onlara “xoşbəxtlik gətirir ” Cəhalət xoşbəxtlikdir.
AzTimes.az

Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir