TANINMIŞ ZİYALILARDAN PREZİDENTƏ MÜRACİƏT

Baxılıb:39
TANINMIŞ ZİYALILARDAN PREZİDENTƏ MÜRACİƏT

Bir qrup alim, ictimai xadim, yazar tanınmış dilçi-alim İdris Abbasovun mənzil probleminin həlli üçün ölkə başçısı İlham Əliyevə və I Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət imzalayıb.

Müraciətdə uzun illərdir kirayələrdə və yataqxanalarda yaşayan İdris Abbasova ağır maddi-sosial durumunu nəzərə alaraq, onun dövlət hesabına mənzillə təmin olunması xahiş olunur.

Müraciətdə deyilir:
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə

Surəti I Vitse-prezident Mehriban xanım Əliyevaya
bir qrup alim, yazar və ziyalılardan

MÜRACİƏT

Möhtərəm cənab Prezident İlham Əliyev!

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov haqqında bu məktubu Sizə ünvanlayanda elm adamlarına böyük diqqətinizə güvənir, xahişimizə həssas yanaşacağınıza ümid bəsləyirik.
Nəzərinizə çatdıraq ki, İdris Abbasov müstəqillik dövrü Azərbaycan dilçiliyində müasir dünya dilçiliyinin nəzəri səviyyəsinə uyğun fundamental elmi tədqiqatların aparılmasında, dilşünaslıq sahəsində müvafiq kadrların hazırlanmasında əvəzsiz xidmətləri olan az sayda dilçi-alimlərdən biridir.
İdris Abbasov Bakı Dövlət Universitetin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirmiş, orta məktəbdə və Bakı Dövlət Universitetində müəllim, Naxçıvan Dövlət Universitetində müəllim, sonra kafedra müdiri, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda baş elmi işçi, sonra şöbə müdiri vəzifələrində olmaqla, 30 ilə yaxın elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, dilçililik elmində, xüsusən sami dilləri, nəzəri dilçilik və Azərbaycan dilçiliyi sahəsində əhəmiyyətli əsərlər ortaya qoymaqla, dilçiliyimizə “tərcümə, tədqiqat və şərh” üslubunu gətirmişdir. Bundan əlavə, o, on ildən artıq Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Naxçıvan MR İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
İ.Abbasovun XXI əsrdə canlandırdığı dahi Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası”nın tərcümə, tədqiqat və şərhi” (Azərbaycan dilinin ilk elmi qrammatikası) monoqrafiyası Azərbaycan dilçiliyində hadisə sayılmış və əsər 2018-ci ildə Dövlət mükafatına təqdim olunmuşdur. Onun dilçiliyə dair digər əsərləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. İ.Abbasov yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifidir. Onun monoqrafiyalarına dünyanın müxtəlif ölkələrindən müsbət münasibət və rəylər bildirilmişdir. Lakin dövlətimizə və elmimizə kifayət qədər xidmətləri olan bir şəxs, təəssüf ki, maddi çətinlik içərisində 4 nəfər ailə üzvü ilə birlikdə tam əlverişsiz bir şəraitdə – kiçik yataqxana otağında yaşayır. Ailə-uşaq qayğısı olan bir alimin evsiz, üstəlik də yetkin yaşlı xəstə övladının olmasının nə qədər çətin olduğunu geniş vurğulamağa, yəqin ki, ehtiyac yoxdur. Əgər alimə dövlət tərəfindən kömək göstərilməsə, onun öz mənzil problemini nə vaxtsa öz gücü ilə həll edəcəyini düşünmək çətindir.

Möhtərəm cənab Prezident!

Biz aşağıda imza edənlər elm və dövlətimiz qarşısındakı xidmətlərini, özünün, xüsusən övladının uzunmüddətli xəstəliyini, çətin maddi durumda yaşadığını nəzərə alıb professor İdris Abbasovun fərdi mənzillə təmin olunmasına kömək etməynizi xahiş edir, göstərəcəyiniz dəstəyə görə bütün elm və ümumən, ictimaiyyət nümayəndələri adından Sizə əvvəlcədən dərin və sonsuz minnətdarlığımızı bildiririk.

Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin direktoru, BDU Ümumi dilçilik kafedrasının müdiri, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Əbülhəsən Abbasov – Azərbaycan filosofu, AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor, Rusiya Pyotr Akademiyasının və “Dünya professorları sülh uğrunda” Beynəlxalq Təşkilatın üzvü
Qulu Məhərrəmli – filologiya elmləri doktoru, BDU-nun professoru, Azərbaycan Respublikasının “Əməkdar jurnalist”i, Prezident təqaüdçüsü
Nigar Gözəlova – tarix elmləri doktoru, dosent, AMEA
Nizami Tağısoy – filologiya elmləri doktoru, professor, AMEA
Əsəd Cahangir – filoloq, tənqidçi, ədəbiyyatşünas, AYB
Sərdar Zeynal – filologiya elmləri doktoru, professor, APU
Vüqar Qaradağlı – filologiya elmləri doktoru, BDU
Nəsrulla Məmmədov – filologiya elmləri doktoru, professor, BDU
Siracəddin Hacı – filologiya elmləri doktoru, dosent, AMEA
Ramin Əlizadə – tarixçi-urartuşünas, AMEA
İlhami Cəfərov – filologiya elmləri doktoru, AMEA
Zülfiyyə Musəvi – filologiya üzrə fəlsəfə doktoru, AMEA
Gülsüm Hüseynova – filologiya elmləri doktoru, dosent, AMEA
Faiq Ələkbərli – fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, AMEA
Gülşən Axundova – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA
Fizuli Mustafayev – filologiya elmləri doktoru, AMEA
Adilə Nəzər – şair-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, AYB
Nəriman Qasımoğlu – tarix üzrə fəlsəfə doktoru
Səyyar Məmmədov – filoloq, Naxçıvan MR Mədəniyyət Nazirliyi
Fuad İslamzadə – tibb üzrə fəlsəfə doktoru, dosent, ATU
Xanoğlan Əhmədov – jurnalist, təsisçi və baş redaktor
İradə Sarıyeva – filoloq, jurnalist
Şahnaz Salehqızı – jurnalist, baş redaktor
Vasif Sadıqlı – filoloq-jurnalist, təsisçi və baş redaktor
Pərvin Abışova – jurnalist, ictimai şəxs
Ləman Ələşrəfqızı – veriliş redaktoru, köşə yazarı, Azərbaycan Respublikasının əməkdar jurnalisti
Həbibə Abdulla – jurnalist, baş redaktor
Məhəmməd Ərsoy – jurnalist, baş redaktor
Elçin İbrahimov – filologiya elmləri doktoru, professor, Qarabağ Universiteti
Elvar Mirzəoğlu – hüquq elmləri üzrə fəlsəfə doktoru
Elçin Əfəndi – təhsil üzrə mütəxəssis, ictimai şəxs
Xavər Həsənova – fizika üzrə fəlsəfə doktoru, BDU
Cəbrail Həşimov – müəllim
Aygün Əzizova – baş redaktor, “Qanun” nəşriyyatı
İlham Əhmədov – təhsil eksperti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, ADPU
Ayaz Arabaçı – şair-filoloq, AYB
Nəriman Seyidəliyev – filologiya elmləri doktoru, AMEA
Fidan Salayeva – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA
Günel Aslanlı – tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA
Mobil Aslanlı – pedaqogika elmləri doktoru, BDU
Rasim Qurbanov – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA
Qətibə Mahmudova – filologiya elmləri doktoru, AMEA
Nərgiz Hacıyeva – filologiya elmləri doktoru, AMEA
Elnurə Hüseynova – filologiya üzrə fəlsəfə doktoru, AMEA
Türkan Əsgərova – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA
Elşad Allahverdiyev – filologiya üzrə fəlsəfə doktoru, dosent, MDU
Günay Rəfibəyli – filologiya üzrə fəlsəfə doktoru, dosent, BDU
Aytən Hümbətova – filologiya üzrə fəlsəfə doktoru, BDU
Nigar Seyidova – filologiya üzrə fəlsəfə doktoru, BDU
Ramil Bayramov – filologiya üzrə fəlsəfə doktoru, BDU
Könül Məlikova – müəllim, ADİU
Təhminə İsmayılova – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA
İntizar Salehova – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA
Təranə Şükürlü – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA
Bənövşə Məmmədova – filologiya elmləri doktoru, dosent, ADU
Xədicə Əyyubova – filoloq, baş müəllim, ADU
Elmira Kənan – filoloq, baş müəllim, BQU
Aqil Cəfərov – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA
Vəfa Seyidova – filologiya üzrə fəlsəfə doktoru, dosent, ADU
Seyfəddin Eyvazov – filologiya üzrə fəlsəfə doktoru, dosent, NDU
Zəki Bayram – filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, AMEA
Zaur Əliyev – siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA​
Mehparə Rəhimqızı – müəllim, orta məktəb
Şəlalə Xəlilova – filoloq, müəllim
Lalə Əliyeva – tarix üzrə fəlsəfə doktoru, dosent, BDU
İrada Zarqanayeva – fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, AMEA
Xatirə Məlikova – operator, AMEA
Zemfira Əliyeva – filologiya elmləri doktoru, dosent, AMEA
Aytən Allahverdiyeva – filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA
Pərvin Bayramova – filologiya üzrə fəlsəfə doktoru, AMEA
Leyla Yusifova – filologiya üzrə fəlsəfə doktoru, AMEA
Elnurə Abbasova – filologiya üzrə fəlsəfə doktoru, AMEA
Günel Bayramova – filologiya elmləri doktoru, dosent, AMEA


Abunəlik