Tanınmış jurnalist Aztv sədrini ağ yuyub qara sərdi

Baxılıb:945
Tanınmış jurnalist Aztv sədrini ağ yuyub qara sərdi

Tanınmış jurnalist Fərid Şahbazlı “Facebook” səhifəsində Aztv sədri Rövşən Məmmədovun barəsində maraqlı fikirlər səsləndirib.AzTimes.az jurnalistin yazdığı fikirləri olduğu kimi təqdim edir :

Əziz dostlar, bugün Azərbaycan Dövlət Televiziyasının əməkdaşlarından biri ilə söhbətim zamanı AZTV-nin özündən müştəbeh rəhbəri Rövşən Məmmədovla bağlı maraqlı və dəhşətli bir iddia eşitdim. Tanışım iddia edir ki, idman jurnalistkasından siyasi-analitik jurnalistikaya, oradan da AZTV sədrliyinə yüksələcək qədər fərasətli olan Rövşən Məmmədov bəzi hallarda özünün təqdim etdiyi müəllif proqramlarında rəsmi dövlət qəzetlərində dərc olunan analitik məqalələri nöqtə vergülünə toxunmadan efirdə səsləndirərək, öz yazısı, təhlil məqaləsi kimi çoxmilyonluq tamaşaçılara təqdim edib. Açığı adamın inanmağı belə gəlmir. Bunun nəqədər doğru olduğunu biz yox, R.Məmmədov yaxşı bilər. Ehtiyac duysa özü açıqlama verər.

Amma belə iddianın ortaya çıxmasının özü Məmmədovun nə qədər fərasətli olduğuna işarədir.

Bu o Rövşən Məmmədovdur ki, Gəncədəki 11 oktyabr terror aktı zamanı bir çox kanallar( İTV və CBC) səhər erkəndən proqramı dəyişib hadisə yerindən canlı yayıma başlasalar da, onun rəhbərlik etdiyi AzTV heç nəyə məhəl qoymayaraq “TeleSəhər” proqramını davam etdirirdi.

Bu o Rövşən Məmmədovdur ki, Bərdədən dəhşətli kadrların – yanmış maşınların, külə dönmüş insan cəsədlərinin fonunda onun sədrlik etdiyi AzTV-nin “Əsas məsələ” proqramında azad edilmiş torpaqlarda turizm potensialından danışılırdı.

Bununla bağlı mətbuatda maraqlı bir cümlə oxudum, tam yerinə düşür. Sizə də təqdim edirəm : “Proqram azərbaycanca yayımlanmasaydı, adama elə gələrdi ki, düşmən televiziyasına baxırsan. Çünki bu cür anti-insani yanaşmanı başqa çür izah etmək qeyri-mümkündür?”

AzTimes.az


Abunəlik