Tanınmış aparıcı “Çörəkçi”dən şikayət etdi – “Sabun dadı verir”

Baxılıb:211
Tanınmış aparıcı “Çörəkçi”dən şikayət etdi – “Sabun dadı verir”

“Çörəkçi” şirkətinin çörəklərinin keyfiyyətsiz olması ilə bağlı şikayətlər var.

 Aparıcı Turan İbrahimov bununla bağlı sosial şəbəkədə məlumat yayıb.

Qeyd edib ki, “Çörəkçi”dən aldığı çörəkdən sabun dadı gəlir:

““Çörəkçi”dən doğranmış çörək alıram, sabun dadı verir. Bildiyiniz sabun. Ümidvaram ki, Qida Təhlükəsizliyi Agentliyi bunun səbəbini araşdırıb ictimaiyyətə məlumat verər”.

Məsələ ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, hazırda problem araşdırılır.


Abunəlik