Taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları təsdiqləndi

Baxılıb:120
Taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları təsdiqləndi

Taksi fəaliyyəti ilə bağlı yeni dövlət rüsumları məyyən edilir.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağıdakı kimi müəyyən edilir.

– Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 125 manat

– hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 25 manat

– Azərbaycan Respublıkası ilə xarıcı olkələr arasında avtomobıl nəqliyyatı ılə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi: 250 manat

– Hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi: 75 manat

– Taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi: 3000 manat

Bu Qanun 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir. Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq III oxunuşda təsdiq edilib.


Abunəlik