Təyyarə sərnişinlərinə ŞAD XƏBƏR: bu qadağa aradan qalxacaq

Baxılıb:37
Təyyarə sərnişinlərinə ŞAD XƏBƏR: bu qadağa aradan qalxacaq

2006-cı ildə partlayıcı maddələrin təyyarələrə gətirilməsinin qarşısını almaq üçün tətbiq edilən maye maddələrə qoyulan qadağa aradan qaldırıla bilər.

Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) prezidenti Villi Uolş məlumat verib.

O qeyd edib ki, yeni nəsil CT (Kompüterli Tomoqrafiya) skanerlərinin inkişafı ilə məhdudlaşdırma ehtiyacı sual altındadır.

“Maye məhdudiyyəti gələcəkdə tətbiq olunmayacaq, lakin dəqiq vaxt məlum deyil”, – Villi Uolş bildirib.


Abunəlik