Təyyarə qəzasına quş sürüsü səbəb olub? – Ekspert detalları açıqladı

Baxılıb:51
Təyyarə qəzasına quş sürüsü səbəb olub? – Ekspert detalları açıqladı

Aktauda sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərindən biri quş sürüsü ilə toqquşma ola bilər.

Bu barədə “Rostransnadzor” İctimai Şurasının Mülki Aviasiya Komissiyasının sədri Oleq Smirnov RT ilə söhbətində etiraf edib.

“Qəzaya quşlar səbəb ola bilər. Uçuş çoxlu qağayıların olduğu su hövzəsi üzərində həyata keçirilib. Bir və ya bir neçə qağayının toqquşması tamamilə mümkündür; Komissiya işə başlayıb, tezliklə hər şeyə aydınlıq gələcək”, – Smirnov qeyd edib.

Çərşənbə günü, dekabrın 25-də səhər saatlarında Azərbaycan Hava Yollarına məxsus təyyarə Bakıdan Qroznıya uçarkən qəzaya uğrayıb. İlkin məlumata görə, qəzaya səbəb təyyarə ilə quş sürüsü arasında toqquşma olub. Təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub.


Abunəlik