Təyyarə qəzası zamanı necə sağ qalmaq olar? – Bu araşdırma sizi dəhşətə gətirəcək

Baxılıb:44
Təyyarə qəzası zamanı necə sağ qalmaq olar? – Bu araşdırma sizi dəhşətə gətirəcək

Təyyarə qəzası zamanı quyruq hissəsində oturan sərnişinin sağ qalma şansı ən yüksəkdir. 

Mütəxəssislər qəza zamanı təyyarənin və insanların başına nə gəldiyini görmək üçün səhrada təyyarəni qəzaya uğratdıqları unikal sınaqdan sonra belə qənaətə gəliblər.

“Daily Mail” yazır ki, sınaq ABŞ-Meksika sərhədi yaxınlığındakı Sonoran səhrasında baş tutub.

Qəzadan əvvəl pilot hava şarı vasitəsilə “Boeing 727” təyyarəsindən çıxıb. Daha sonra uzaqdan idarə olunan təyyarə qəzaya uğradılıb.

“Boeing” 225 km/saat sürətlə hərəkət edərək yer səthinə çırpılıb. Bu vəziyyət sıldırım enişin fövqəladə vəziyyətinə tam uyğundur, bu halda sağ qalma şansı demək olar ki, yoxdur.

Təşkilatçılar bu sınaq üçün 1,5 milyon dollar xərcləyiblər.

Sınaqdan sonra müəlliflər belə qənaətə gəliblər ki, qəza zamanı öncə təyyarənin biznes sinif sərnişinlərinin oturduğu burun hissəsi dağılır. Qyruq hissəsində əyləşən ekonom sinif sərnişinləri isə təhlükəsizlik qaydalarına əməl etsələr, demək olar ki, zərər görmürlər.

Qəza zamanı təhlükəsizlik kəməri taxaraq başını dizlərinə əyərək təhlükəsizlik qaydalarına “tabe olan” arxadakı üç manekendən birincisi xəsarət almayıb. İkincisi isə yalnız təhlükəsizlik kəməri taxıb və yüngül xəsarətlər alıb. Üçüncü isə ümumiyyətlə bu qaydalara əməl etməyib və yerindəcə “ölüb”.

Yəni bu sınaqdan sonra belə qənaətə gəlmək olar ki, əgər həyat uçuş rahatlığından bahadırsa, qəza zamanı sağ qalma ehtimalını artırmaq üçün ekonom sinif oturacaqlarına üstünlük vermək və təhlükəsizlik qaydalarına riayət etmək lazımdır.


Abunəlik