Təyyarə qəzası: hər üç dəhşətli hadisə bu ayda baş verib – DETALLAR

Baxılıb:50
Təyyarə qəzası: hər üç dəhşətli hadisə bu ayda baş verib – DETALLAR

Prezident İlham Əliyev təyyarə qəzasına görə Rusiyaya səfərini yarımçıq dayandırdı. Baş verənlər sərnişin təyyarəsinin ən az qəzaya uğradığı ölkələrdən olan Azərbaycan üçün dəhşətli hadisədir.

Müstəqillik dövründə iki ən böyük təyyarə qəzası baş verib:

– 1995-ci ilin 5 dekabrında Naxçıvan-Bakı reysi ilə hərəkət edən təyyarənin qəzaya düşməsi nəticəsində 52 nəfər (4 ekipaj üzvü-48 sərnişin) həlak olub;
– 2005-ci ilin 23 dekabrında Bakı-Aktau reysi ilə hərəkət edən təyyarənin qəzaya düşməsi nəticəsində 23 nəfər (4 ekipaj üzvü-19 sərnişin) həlak olub;

AZAL-ın Bakı-Qroznı reysi ilə hərəkət edən təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya düşməsi müstəqillik tarixində üçüncü ən böyük hadisədir.

Hər üç hadisənin dekabr ayında baş verməsi diqqətçəkən məqamdır. Lakin konspriologiya ehtimalı çox azdır, yayılan məlumatlar da bunu deməyə əsas verir. Belə qəzalardan heç bir ölkə sığıortalanmayıb.


Abunəlik