Təşəkkürlər…Razılıqlar… Minnətdarlıqlar…Təbriklər… Daxili İşlər Naziri,General-Polkovnik Vilayət Eyvazov Cənablarına!-Jurnalist Aybəniz Abdulova
Bu gün 55 yaşını müqəddəs gündə tamamlamaq xoşbəxtliyini yaşayarkən, Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Cənablarına ən xoş hədiyyə nə ola bilər?
Əlbəttə, ürəkdən gələn ən xoş sətirlər…
Hörmətli Cənab Nazir!
Doğum gününüz nə xoş ki, İslam dünyasının ən müqəddəs bayramlarından biri olan Qurban bayramına təsadüf edir. Sizə bayram təbriki ünvanlanır və xoş arzular çatdırılır.
Şəxsən öz adımdan doğum gününüz münasibətilə böyük məmnuniyyətlə sevinc və həyəcan dolu böyük fəxarət və qürur hissi ilə Sizdən etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması arzusu ilə ən səmimi təbriklərimi və ən xoş arzularımı və ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Bu ikiqat bayram Sizə möhkəm can sağlığı, ailənizə xoşbəxtlik, süfrənizə ruzi-bərəkət, şərəfli xidmətinizdə yeni-yeni uğurlar gətirsin!
Ömrümüz boyu Sizə minnətdarıq. Sizin şərəfinizə nə qədər xoş sözlər deyilsə də, nə qədər məqalələr yazılsa da, yenə azdır…
Bir sözlə, Vilayət ölkəmizin Vilayətidir! Tək öz ata-anasının oğlu deyil. Hamımızın sevdiyimiz, fəxr etdiyimiz adı gələndə təşəkkür etdiyimiz Şəxsiyyətdir. Onu biz hamımız sevir, öz doğmamız kimi hörmət bəsləyirik.
P.S. Bu gün məmnuniyyət hissi ilə qeyd edirəm ki, Daxili İşlər Nazirliyinə rəhbərliyiniz etdiyiniz illərdən bu günə kimi ölkəmizdə oğurluq və qətl hadisələri əsaslı şəkildə azalaraq, dövlətimizin və xalqımızın təhlükəsizliyi, asayişinin qorunması ən yüksək səviyyədə təşkil olunmuşdur.
Sözsüz ki, bu uğurların təmin olunmasında bizim təhlükəsiz şəraitdə yaşamağımız və vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması ilk növbədə Sizin göstərdiyiniz diqqət və qayğınız sayəsində olmuşdur. Bilavasitə, Sizin peşənizə sadiqliyiniz dövlətə və xalqa şərəfli, vicdanlı xidmətiniz olduqca təqdirəlayiqdir.
Azərbaycanın uğurlu inkişafında, Cinayətkarlığa və Narkomaniyaya qarşı amansız mübarizədə uğurlara imza ataraq Siz həqiqətən hamımızın rəğbətini qazanmısınız.
Media olaraq Sizin rəhbərliyinizlə bu gün Azərbaycan Polisinin böyük uğurlarının şahidi olmağımdan məmnunluq duyuram. İnanıram ki, Daxili İşlər Nazirliyi Sizin rəhbərliyiniz altında Azərbaycan Polisi birlikdə gələcəkdə daha çox uğurlara imza atacaq.
Cənab Nazir!
Biz xoşbəxtik ki, Sizin kimi vətənpərvər, dövlətini, xalqını sevən Nazirimiz var! Media olaraq hər zaman Sizinləyik! Sizin həyata keçirdiyiniz uğurlu siyasəti ürəkdən dəstəkləyir, Sizinlə fəxr edir, qürur duyuruq! Sizi sevirik!
Uca Tanrı Sizi və Azərbaycan Polisini qorusun!
Aybəniz ABDULOVA,
“Azərbaycan Jurnalistlər Birliyi”nin üzvü,
jurnalist araşdırmaçı,yazar