Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb- FOTO

Baxılıb:193
Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb- FOTO


Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun İsmayılbəyli kənd sakini Babək Aslanov qanunsuz olaraq ov edərkən saxlanılıb. Saxlanılan şəxsdən müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.


 


Abunəlik