Tərtərdə oğurluq edən şəxslər saxlanılıb

Baxılıb:194
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb

Tərtər rayon sakini olan bir nəfər mart ayının 25-də Köçərli kəndində yerləşən ona məxsus obyektdən oğurluq edilməsi barədə RPŞ-yə ərizə ilə müraciət edib. 

Aztimes.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan “MediaPost”a verilən məlumata görə, müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakinləri Məhərrəm Qarayev, Xanoğlan Bayramov, Qüdrət Həsənov və qardaşı Nüsrət Həsənov saxlanılıblar. Araşdırmalarla onların 6 ədəd su nasosu, 2 ədəd su motoru, qızdırıcı, televizor, stullar və digər inşaat malları oğurlamaqla zərərçəkmişə 10 min manat civarında ziyan vurduqları müəyyən edilib.


Abunəlik