Tərtər şəhidlərinə hörmətsizlik- İcra başçısı hara baxır FOTOLAR

Baxılıb:235
Tərtər şəhidlərinə hörmətsizlik- İcra başçısı hara baxır FOTOLAR

Azərbaycan respublikası prezidenti  və birinci xanım hər daim şəhid ailələrinə və şəhidlərin xatirəsinə hörmətlə yanaşıb. Azərbaycanın bütövlüyü uğrunda öz ömrünü fəda etmiş qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə büdcədən il ərzində külli miqdarda pul ayrılır.  İcra strukturları dönə-dönə bizə əmanət edilmiş ailələrin və şəhidlərə məxsus məzarların, xatirə lövhələrinin , bütlərin diqqətdə saxlanılması tapşırılır.

Bəs Tərtər icra başçısı nə edir?  Demək olar ki hər həftə bir analoqsuz özbaşnalıqla media gündəmini bəzəyən bu şəxs o qədər arxayınlaşıb ki, ölkənin birinci şəxsi olan prezidentin də ruhları və qəhrəmanlıqları qarşısında baş əydiyi şəhid məzarlarının bərbad durumuna göz yumaraq əhəmiyyət vermir.

Bu şəhidlərin ruhu qarşısında boynumuz qıldan incədir. Valideynləri, yaxınları qarşısında zatən  gözükölgəliyik. Belə hörmətsizliklə o yaxınların dağlarının üstünə dağ çəkməyin.

PƏRVİN ABIŞOVA AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir