“ Tərtər rayonunda 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial reablitasiya mərkəzi fəaliyyətini davam etdirir.

Baxılıb:151
“ Tərtər rayonunda 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial reablitasiya mərkəzi fəaliyyətini davam etdirir.

Azərbaycan Uşaqları İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə “ Tərtər rayonunda 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial reablitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi davam edir.

Layihənin texniki şərtinə uyğun olaraq 7 ay müddətində 18 yaşadək əlilliyi müəyyən edilmiş 50 uşağa reablitasiya xidməti göstəriləcəkdir. Tərtər Reablitasiya Mərkəzi üçün seçilmiş məkanın Tərtər rayonunun mərkəzində yerləşməsi, və şəhərarası avtobusların Mərkəzin qarşısından keçməsi valdeynlər üçün olduqca münasibdir. Əməkdaşlara fəaliyyətləri üzrə iş təlimatı izah edildi, xüsusi geyim formaları alındı və həmin tarıxdən yerli icra orqanının, təhsil şöbəsinin, sosial xidmətlər bölməsinin dəstəyi ilə Mərkəzə 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər qəbul edilməyə başladı.

Mərkəzin keyfiyyətli fəaliyyətini təmin etmək məqsədilə uşaqlar üçün didaktik vəsaitlər, inkişafetdirici vəsaitlər, masaj ləvazımatları və əl motorikasının inkişafı üçün fərqli oyuncaqlar, pilates topu pilates xalçaları, reabilitasiya avadanlıqları, dəftərxana ləvəzimatları (albom, rəngli qələmlər, plastilin, rəngli kağız, özün rənglə albomlar, yapışqan, say çöpü, yazı qələmləri, dəftər, boyalar) lazımı ləvazimatlarla təmin edilmişdir.

Mərkəz 03.06..2024-cü il tarixdə tam işçi heyəti və 16 benfesiarla fəaliyyətə başlamışdır və hal hazırda 50 benfesiarla davam edir. 3-18 yaş aralığında uşaqlar üçün lazımı şərait yaradılmışdır. Mərkəzdə hər bir uşağa uyğun seanslar müəyyən edimiş və mütəxəssislərlə növbəli olaraq reablitasiya xidməti həyata keçirilir. Reablitasiyaya cəlb edilmiş bütün uşaqlar üçün qrup terapiyaları həyata keçirilir.


Abunəlik