Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Peşə Məktəbində “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib-FOTOLAR
Görüşdə çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov müasir dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb, “ağ ölümün” qurbanına çevrilənlərin sağlam həyata qayıtmasının çox çətin olduğunu vurğulayıb. Narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə yaratdığını və narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən danışıb.
Sonda narkomaniyanın fəsadlarından bəhs edən video çarx göstərilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.