Təmsilçilərimizin “Avroviziya”da səhnəyə neçənci sırada çıxacağı bilindi
Azərbaycanı “Avroviziya 2025” mahnı müsabiqəsində “Run With U” mahnısı ilə təmsil edəcək “Mamagama” qrupu səhnəyə birinci yarımfinalda 10-cu çıxacaq.
Bu barədə yarışmanın rəsmi səhifəsində məlumat paylaşılıb.
Xatırladaq ki, İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmanın birinci yarımfinalı mayın 13-də keçiriləcək.