“Tələbə-məzun”, “Şagird-məzun” sistemlərinin fəaliyyəti müvəqqəti dayandırılıb
17,18,19 mart tarixlərində Dövlət İmtahan Mərkəzinin (DİM) bütün elektron xidmətlərinin və informasiya sistemlərinin, o cümlədən “Şəxsi kabinet”, “Ödəmə sistemləri”, “Tələbə-məzun”, “Şagird-məzun”, “Musiqi məktəbi-məzun” sistemi, “Qabiliyyət İnformasiya Sistemi (QABİS)”, “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminin fəaliyyətinin dayandırılması planlaşdırılır.
DİM-dən Aztimes.az-a verilən xəbərə görə, buna səbəb Mərkəzə məxsus server infrastrukturunun yeni ünvana köçürülməsidir.
Qeyd edək ki, bu müddət ərzində Mərkəzin internet saytının digər bölmələri işlək vəziyyətdə olacaq.APA.