Təhsil Nazirliyi: “Məktəbdə hazırlıq keçirilməsinə icazə verilməyəcək”

Baxılıb:343
Təhsil Nazirliyi: “Məktəbdə hazırlıq keçirilməsinə icazə verilməyəcək”

“Məktəb daxilində hazırlıq keçirilməsinə icazə verilməyəcək. Buna səbəb epidemioloji vəziyyəti nəzarətdə saxlamaqdır”.
Bu sözləri Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu Təhsil Nazirliyinin “Facebook” səhifəsində keçirilən onlayn konfrans zamanı bildirib.
O vuğulayıb ki, əlavə şagird gəlməsi sıxlığa səbəb ola bilər.
Vəfa Yaqublu həmçinin deyib ki, valideynlər övladları üçün əlavə müəllim tutmaq istəyirsə bu, onların şəxsi işidir: “Amma bunu məktəb daxilində etmək qəbuledilməzdir”.


Abunəlik