Təhsil nazirliyi bu faktı nəzərə almalıdır – İTTİHAM

Baxılıb:318
Təhsil nazirliyi bu faktı nəzərə almalıdır – İTTİHAM

Şəmkir rayon, Düyərli kənd 2 saylı orta məktəbin müəlliməsi Əliyeva İradə Hüseynalı qızı Aktualxeber.az saytının ünvanına şikayət ünvanlayıb. Şikayətçi deyir ki, ixtisasca biologiya və həyat bilgisi müəlliməsidir.
İradə xanım bu fənnlər üzrə 2015-ci ildə Bakıda keçirilən kurslarda iştirak edərək rəsmi sertifikat alıb. İndiyənək də yuxarıda adı çəkilən məktəbdə həmin fənnlərdən dərsləri deyib.Lakin direktor İsmayılova Bela Bəymalı qızı ondan 700 manat rüşvət tələb edib, əks halda onun dərs saatlarını satacağı ilə hədələyib. İradə Əliyeva rüşvəti verməkdən imtina edib.
Bu ilin oktyabrın 1-dən direktor onun dərs saatlarını kəsərək saxta sertifikatlı bəzi müəllimələrə satıb. Gah deyib ki, həmin müəllimə sertifikatı onlayn alıb, gah deyib ki, 2016-cı ildə kurs keçib. Əgər bu müəllimə 2016-cı ildən sertifikatı var imişsə niyə indiyənədək dərs tələb etməyib?

Direktor Bela İsmayılova İradə Əliyevaya deyib ki, get hara şikayət edirsən et. Şikayətçinin sözlərinə görə Şəmkirdə hazırda Təhsil Şöbəsinin müdiri yoxdur. Onu əvəz edən şəxs var. O da Bela İsmayılovanın kəndçisi və yaxın adamıdır.
Buna görə də direktor arxayınlaşıb. Kənddə əlilliyi olan uşaqlara ev şəraitində dərs keçilmir. Halbuki dövlət büdcəsindən bu işlərə xeyli pul vəsaiti ayrılır. Qeyd edək ki, bu direktorla bağlı “youtube” sosial şəbəkəsində xeyli şikayət süjetləri var.

Qarşı tərəfi də dinləyə bilərik.


Abunəlik