Təhsil Naziri bu məsələyə müdaxilə etməlidir… – İTTİHAM

Baxılıb:179
Təhsil Naziri bu məsələyə müdaxilə etməlidir… – İTTİHAM

Cəlilabad rayon məktəblərində vakansiyaların gizlədilməsi və müraciətlərə baxılmaması ilə bağlı Müəllimlərin İşə Qəbulu(MİQ) üzrə imtahanlarda yüksək nəticə göstərən bir qrup gənc müellimlər “Turantv.az” İA və redaksiyamıza müraciət edərək bildiriblər:
“Biz müəllimlər hər il Müəllimlərin İşə Qəbul imtahanında iştirak edib vakansiyaların azlığı səbəbindən işsiz qalırıq. Cəlilabad Rayon təhsil şöbəsi tərəfindən məqsədli şəkildə vakansiyalar gizlədilir, şəxsən tanıdıqları müəllimləri müqavilə ilə işə qəbul edirlər. Biz buna etiraz edirik. Əgər müqavilə ilə işə qəbul olunmaq mümkündürsə, nə üçün həmin müəllimlər Müəllimlərin İşə Qəbulu müsabiqəsində yüksək nəticə göstərmiş namizədlər arasından seçilmir?

Cəlilabad rayon təhsil şöbəsi məktəb direktorlari ilə əlbir olaraq qəsdən vakansiyaları gizlədir ki,növbəti tədris ilində qeyri-qanuni,yəni rüşvət müqabilində(2000AZN) əmək muqaviləsi bağlanır.

Rayonun elə orta məktəblərində gizlıdilmiş vakant yerlər var ki,o yerlər RTŞ-nın müdri Q.Əhmədovanin qohum-əqrabasi olan taniş müəllimlər üçün saxlanılıb və sırf həmən müəllimlərlə əmək müqaviləsi bağlanılır.

Vakansiyalarln gizlədilməsi gənc müəlliməyə ağır mənəvi və psixoloji zərər yetirir.Bununla da yüzlərlə gənc müllim ordusu işsiz qalir.İşsiz qalan müəllimlər də məcbur olub ruşvət müqabilində əmək müqaviləsi bağlayırlar.
Bu isə əmək qanunvericiliyinə və digər normativ hüquqi aktlara ziddir.Bu qanunsuzluğu Cəlilabad RTŞ-da çəkinmədən edirlər.

Hesab edirik ki,Təhsil Nazirliyi də vakansiyaları gizlətməkdə maraqlıdır. Cəlilabad RTŞ-daki qanunsuzluqla baqlı TN E.Əmruliyevə şikayətlər edilsə də çevik reaksiya verilmir.Elə olmasaydi TN-nin kuratoru Əhliyət Adıgözəlov sözügüdən çoxsayli şikayətləri ört-basdır etmək üçün dəridən-qabıqdan çıxmazdı.

TN isə bütün bunlara illərdir göz yumur. Bir neçə iay əvvəl rəhbərliyin dəyişməsi isə təhsil sistemində köklü dəyişikliklərin olacağı ilə bağlı gözləntilər də puça çıxdı. İctimaiyyət təhsil sistemində rüşvət sindromunun, xüsusilə Müəllimlərin İşə Qəbulundakı(MİQ) açıq alverin aradan qaldırılaçağını gözlədiyi halda, problem daha dərinləşdi.
İnformasiya texnologiyalarının yüksək inkişaf səviyyəsinə çatdğı bir dövrdə müəllim vakansiyalarının gizlədilməsi ağlasığmazdır.


Abunəlik