“Təhsil Masası “adlı yeni layihəyə start verilir

Baxılıb:193
“Təhsil Masası “adlı yeni layihəyə start verilir


AzTimes.az xəbər verir ki,Sentyabrın 13-dən Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən “Təhsil Masası “adlı yeni layihəyə start verilir.

Layihənin məqsədi ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərlə maarifləndirici görüşlərin keçirilməsi, onları maraqlandıran sual, təklif və şikayətlərin yerində dinlənilməsi və həll olunması, təlim-tədris prosesinin daha da təkmilləşdirilməsi və inkişafı istiqamətində mühüm addımların atılmasıdır.

Layihə ilk olaraq 13 sentyabr saat 10:00-da Göyçay şəhər R.Rza adına 1 nömrəli tam orta məktəbin akt zalında baş tutacaq. İlk olaraq sözügedən məktəbin rəhbər və kollektivi ilə görüş keçiriləcək və daha sonra 12:00-da qeyd olunan rayonun ümumi təhsil müəssisələrində çalışan və dərs yükü bölgüsündən, təlim-tədris prosesinin təşkili və idarəetməsindən narazı olan bütün təhsilverənlər həmin görüşdə iştirak edə bilərlər.

Qeyd edək ki, layihə davamlı olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi 1 şəhər və 6 rayonda təşkil olunacaqdır.


Abunəlik