Təhlükə qapıda: meymunçiçəyinin ən təhlükəli variantı sürətlə yayılır
Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi virusunun (Mpox) yeni variantının Konqo Demokratik Respublikasının şərq sərhədi boyunca sürətlə yayıldığını və hələ ki, ən təhlükəli variant olduğunu açıqlayıb.
Mövcud epidemiya cinsi yolla ötürülmə ilə başlayıb, lakin bu ştammın dəridən dəriyə yaxın təmasda da ötürülə biləcəyinə dair sübutlar var.
Hazırda yoluxmuş şəxslər arasında məktəbli uşaqlar və tibb işçiləri də var. Cənubi Afrikada epidemiyadan indiyədək 3 nəfərin həyatını itirib.
Epidemiya başlayandan indiyədək ümumilikdə 97 min 745 nəfər virusa yoluxub, 203 nəfər ölüb.